RU

İranın BMT-dəki səfiri: Tehran Trampla görüşə can atmır

BAKI, 29 iyun. TELEQRAF

İran rəsmiləri ABŞ Prezidenti Donald Trampla görüşə can atmırlar

Teleqraf xəbər verir ki, bunu Amerikanın CBS telekanalına müsahibəsində İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib.

O bildirib ki, Tehran hazırda Vaşinqtonla danışıqların yeni raundunun keçirilməsi üçün şərait görmür: "Biz danışıqlar aparırıq, danışıqlara hazırıq, lakin ABŞ-nin İrana zərbələrindən sonra danışıqların yeni raundu üçün nə lazımi şərait, nə də danışıqlar və ABŞ Prezidenti ilə görüş üçün hər hansı tələb var".

İslam Respublikasının Daimi Nümayəndəsi vurğulayıb ki, D.Trampın İranı “şərtsiz təslim olmağa” çağırması “danışıqlar deyil”, Vaşinqtonun öz iradəsini Tehrana diktə etmək cəhdidir: "Əgər ABŞ hakimiyyəti danışıqlara hazır olsa, bizim də buna hazır olduğumuzu görəcəklər. Amma bizə nəyisə diktə etmək istəsələr, onlarla danışıqlar aparmaq mümkün olmayacaq".

Избранный
53
50
teleqraf.com

10Источники