RU

Əlcəzairdə terrora haqq qazandıran fransız jurnalistə hökm oxunub

Əlcəzair məhkəməsi fransız futbol jurnalisti Kristof Qleizezi terrora haqq qazandırmaq və Əlcəzairin milli maraqlarına zərər vurmaq məqsədilə nəşrlər hazırlamaq ittihamı ilə 7 il həbs cəzasına məhkum edib...

Poliqon bu barədə Sərhədsiz Reportyorlar (RSF) beynəlxalq qeyri-hökumət təşkilatına istinadən xəbər verir. 

Gleizes Əlcəzairə yerli futbol klubu haqqında reportaj yazmaq üçün gəlib. Ötən ilin mayında Əlcəzair hakimiyyəti onun ölkədən çıxışına qadağa qoyub.

RSF-nin məlumatına görə, jurnalistə qarşı ittihamlar onun MAK (Kabilinin Öz müqəddəratını təyinetmə Hərəkatı) separatçı terror təşkilatı ilə əlaqəli olan futbol klubunun nümayəndəsi ilə təmasları ilə bağlıdır.

Gleizes apellyasiya məhkəməsində məhkəmənin hökmünə etiraz etmək niyyətindədir.

Poliqon.info 

Избранный
40
49
poliqon.info

10Источники