RU

Deyirəm, bəs, “o əjdahadan bizdə niyə” yoxdur..?

...Mütəxəssis çatışmazlığı və ya onların "müvəqqəti olmaması" halında, Rusiyada feldşerlər və orta tibb işçiləri bölgə həkimlərinin vəzifələrini yerinə yetirə biləcəklər.

Deməli, Rusiya Səhiyyə Nazirliyinin əmri sentyabrın 1-dən qüvvəyə minir.

SİA-nın məlumatına görə, bu barədə RİA Novosti yazır.

Mətndə qeyd olunur ki, tibb təşkilatının rəhbəri feldşer və orta tibb işçilərinə yeni səlahiyyətlər verə biləcək.

Və onlar terapevtləri, pediatrları və mama-ginekoloqları əvəz edə biləcəklər.

Bu, xüsusilə kiçik şəhərlərdə və kənd yerlərində əlçatanlıq səviyyəsini artıracaq.

Deməli, bunu bəyan edən rusiyalı deputat Veronika Vlasovaəlavə edib ki, guya bu, əvəzedici həkim deyil, ilkin səhiyyə xidmətində zəruri tədbirdir və...yenə də guya gələcəkdə... nəsə olacaq..?

...Və yeri gəlmişkən,bu aradaBelarusda bütün sahələrdə: ticarət, ictimai iaşə, yüngül sənaye, metroda kəskin işçi çatışmazlığı var. Bunu isə Minsk metrosunda və yeraltı keçidlərdəki elanlar parlaq şəkildə nümayiş etdirir.

...Ölkədə nəşr edilən “Salidarnasts” qəzeti yazır bunu...

Deyirəm, bəs, “o əjdahadan bizdə niyə” yoxdur..?

Əli Babayev

Избранный
17
22
sia.az

10Источники