RU

Filadelfiyada partlayış nəticəsində bir neçə bina uçub

Bazar günü səhər tezdən Pensilvaniya ştatının Filadelfiya şəhərinin şimal hissəsində bir neçə evə ziyan vuran partlayış nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb...

Poliqon bu barədə Associated Press nəşrinə istinadən xəbər verir.

Filadelfiya Yanğın Departamentinin məlumatına görə, yanğınsöndürənlər yerli vaxtla səhər saat 5 radələrində zəngə cavab veriblər.

Departamentin icraçı direktoru Daniel McCarthy, təxminən beş evin struktur çökmələri də daxil olmaqla, ciddi ziyan gördüyünü söyləyib. Bir nəfər ölüb, xilas edilən iki nəfər xəstəxanaya yerləşdirilib. Makkarti birinin stabil, digərinin isə ağır vəziyyətdə olduğunu deyib.

Ekipajların axtarış-xilasetmə işlərini davam etdirəcəyi gözlənilir.

Səlahiyyətlilər hələlik partlayışın səbəbini müəyyən etməyiblər.

Poliqon.info 

Избранный
55
39
poliqon.info

10Источники