İranın uranı zənginləşdirmək hüququ var və bu fəaliyyəti dayandırmağı planlaşdırmır.
Operativ Media xəbər verir ki, İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani CBS telekanalına belə deyib.
Qeyd edək ki, bu gün ABŞ Prezidenti Donald Tramp Tehranın dinc dayanacağı təqdirdə İrana qarşı sanksiyaları ləğv edəcəyinə söz vermişdi.