RU

"Brayton"u "Çelsi"yə dəyişir

"Brayton"un hücumçusu Joao Pedro "Çelsi"yə keçməyə çox yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, London klubunun "qağayılar"a təklif etdiyi 59 milyon avroluq məbləğ qəbul edilib.

23 yaşlı futbolçu çərşənbə axşamı tibbi müayinədən keçəcək, sonra isə müqavilə imzalayaraq ABŞ-da keçirilən Klublararası dünya çempionatında komandanın düşərgəsinə qoşulacaq.

Joao Pedro ilə "Çelsi" arasında bağlanacaq müqavilənin müddəti 2032-ci ilin sonunadək nəzərdə tutulur.

"Nyukasl" da braziliyalını heyətinə qatmaq istəyirdi, lakin futbolçu "pensiyalar"ı üstün tutub.

Qeyd edək ki, Enzo Mareskinin komandası şənbə günü Klublararası dünya çempionatının 1/4 finalında «Palmeiras»la qarşılaşacaq.

Избранный
15
50
90deqiqe.az

10Источники