RU

Dəhşətli statistika: Putin Rusiyası bir gecədə Ukraynaya 537 zərbə endirib

 


Rusiya Ukraynaya genişmiqyaslı işğalının başlanmasından bəri ən böyük aviazərbələri endirib. Musavat.com “Financial Times”a istinadən xəbər verir ki, bu, Moskvanın kəskin eskalasiyaya getdiyini göstərir və müharibənin sülh yolu ilə həllinə olan ümidləri daha da sarsıdır.
Qeyd olunur ki, Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın iyunun 29-na keçən gecə Ukraynaya 537 hava zərbəsi endirdiyinə dair məlumat yayıb. Bunlardan 477-si pilotsuz uçuş aparatı, 60-I müxtəlif tipli raketlər vasitəsilə olub . Ukrayna hava hücumundan müdafiə qüvvələri 211 pilotsuz təyyarə və 38 raketin qarşısını ala bilib.
Nəşr vurğulayır ki, bu hücumun miqyası Rusiyanın strategiyasının kəskin şəkildə sərtləşməsindən xəbər verir. Ukrayna rəsmilərinin fikrincə, Moskva sistemli şəkildə Ukraynanın hava hücumundan müdafiəsini zəiflətmək istəyir.
Qeyd edək ki, dünən gecə Rusiyanın gecə hücumunu dəf edən ukraynalı F-16 pilotu Maksym Ustimenko həlak olub. Onun təyyarəsi yeddi hava hədəfini vurarkən zədələnib, bundan sonra o, qırıcını məskunlaşan ərazilərdən uzaqlaşdırıb, lakin özünü təyyarədən atmağa vaxt tapmayıb. Ukraynanın yüksək rütbəli rəsmiləri jurnalistlərə bildiriblər ki, onlar yay aylarında Rusiya tərəfindən qurudan hücum və hava əməliyyatlarının daha da intensivləşdirilməsini gözləyirlər.

Musavat.com

Избранный
10
5
musavat.com

10Источники