Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirinə yekun vurulub.
Apasport.az xəbər verir ki, ənənəvi yarışın son günündə sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Cəbrayıl Hacıyev (79 kq) bürünc medal qazanıb.
Bununla da güləşçilərimizin Memorialda qazandıqları medalların sayı 8-ə çatıb. Onlar 1 qızıl, 3 gümüş və 4 bürünc medal əldə ediblər.
Daha əvvəl yunan-Roma güləşində Nihad Quluzadə (60 kq) və Məhəmməd Şükürzadə (67 kq) gümüş, Laçın Vəliyev (87 kq) bürünc, qadın güləşində Elnurə Məmmədova (53 kq) gümüş, Nərgiz Səmədova (53 kq) və Birgül Soltanova (62 kq) bürünc, sərbəst güləşdə isə Ali Tsokayev (86 kq) qızıl medal qazanıblar.
Üç güləşçimiz Avropa çempionatının finalında
Yığmamız Avropa çempionu oldu
Azərbaycanın sərbəst güləş millisi rekord xalla Avropa çempionu olub
Güləşçimiz Avropa çempionatının finalına yüksəlib
Güləşçilərimizdən Avropa çempionatında uğurlu start