DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət başlanılıb, istintaq aparılır.
Ajans.az xəbər verir ki, hadisə Böyük Dəhnə kəndində qeydə alınıb. Belə ki, Azad Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada, 1950-ci il təvəllüdlü Fəxrəddin Beybudovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.