RU

“Maarifçi Qadınlar” İB İstanbulda yaşayan azərbaycanlılar üçün maarifləndirici seminarlar keçirib


Azərbaycan “Maarifçi Qadınlar” İB 21 iyun 2025-ci il tarixlərində "Ölkə hüdudlarından kənarda yaşayan və təhsil almaq imkanı olmayan əməkçi miqrantların məktəbyaşlı uşaqlarının təhsilə cəlb edilməsi" adlı layihənin icrası ilə bağlı "Azərbaycan Eğitim, Kültür ve Sosyal Dayanışma" təşkilatının binasında "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi"nin maliyyə dəstəyi ilə Türkiyə Respublikasının İstanbul şəhərinin
Bağcılar, Yeni Bosna, Günəşli, Sultanqazi, Cəbəçi qəsəbələrində yaşayan azərbaycanlılar üçün maarifləndirici seminarlar keçirib.

Tədbirdə İstanbulda yaşayan valideynlər, təşkilat rəhbərləri, ziyalılar, tələbələr və müəllimlər, eyni zamanda "Maarifçi Qadınlar" İctimai Birliyinin sədri Ş. Məmmədova, layihə rəhbəri Aysel Muradova və digər təşkilat rəhbərləri çıxış etdilər.

Избранный
15
50
baki-xeber.com

10Источники