RU

Ukraynanın neçə F-16 qırıcısı qalıb?

Ukrayna Silahlı Qüvvələri iki və ya üç F-16 qırıcısını itirib və hazırda 10-a yaxın təyyarə qalıb.

Publika.az xəbər verir ki, bunu "Lenta.ru"ya hərbi ekspert Aleksey Jivov deyib.

O qeyd edib ki, Ukraynada F-16-ları idarə edə biləcək kifayət qədər pilot var, çünki onlar təlim keçiblər.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Hərbi Hava Qüvvələri Rusiya Silahlı Qüvvələrinin gecə zərbələri zamanı Amerika istehsalı olan F-16 qırıcısının məhv edildiyini açıqlayıb. Təyyarənin pilotu da sağ qalmayıb. Pilot təyyarədəki bütün silahlardan istifadə edib və yeddi hava hədəfini vurub. Sonuncunu vurarkən onun təyyarəsi zədələnib və hündürlüyünü itirməyə başlayıb.

Избранный
26
19
publika.az

10Источники