Bu fikirləri Demokrat.az-a açıqlamasında ATXƏM İB-nin sədri İlham İsmayılov bildirib.
Onun sözlərinə görə, bir müddət əvvəl Rusiyanın “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin ölkəmizdə casus şəbəkə yaratmaqda ittiham olunması, Bakıda Rus Evinin bağlanması Rusiya dövlətınin bizə qarşı apardığı məqsədyönlü siyasətini ifşa edib:
“Daha sonra AZAL-aa məxsus mülki təyyarəmizin vurulmasına görə hələ bu günə qədər Rusiya bir səmimi peşmançılıq çəkdiyini bildirməmiş, üzr istəməmişdir. Sanki vaxt keçdikcə unutdurmaq istəyirlər.
Və ardınca 5 həmvətənimizi, bir ailənin üzvlərini evlərində amansızcasına qətlə yetiriblər. Bu təxribatların davamlı olması onu göstərir ki, Rusiya qonşularına qarşı hər zaman belə münasibət göstərir və bunun da bir çox səbəbləri vardır.
Artıq uzun illərdir ki, soydaşlarımız Azərbaycandan gedərək Rusiyanın ictimai-siyasi, iqtisadi həyatında iştirak edirlər, orda bazarların, meyvə-tərəvəz bolluğunun yaranmasına və beləliklə də iqtisadi inkişafına öz töhfələrini verirlər. Ancaq buna cavab olaraq, biz hər dəfə belə halların baş verməsinin şahidi olmuşuq. İnsan hüquqlarının get-gedə daha da kobud şəkildə pozulması, qonşu ölkələrə qarşı rus şovinizminin güclənməsi artıq dözülməz həddə gəlib çatıb. Hətta, mən Rusiyanın Ukraynanı işğalında qeyd etmişdim ki, bütün post-sovet ölkələri bu müharibənin aparılmasına etiraz etməlidirlər. Çünki bu və ya digər şəkildə bu da təcavüzün bir növüdür. Ölkəmizdə nəinki ruslar, bütün digər xalqların nümayəndələri daim tam, bərabər hüquqlu vətəndaşlar olaraq əmin-amanlıq, sülh, sabitlik şəraitində yaşayıb fəaliyyət göstərmişlər. Azərbaycan tolerant dövlətdir. Lakin Rusiyada soydaşlarımıza qarşı hər zaman ayrı-seçkilik, ikili standartlarla yanaşma mövcüd olmuşdur və biz də buna qəti şəkildə etiraz edirik. Bu insanlıq əleyhinə cinayətdir. Biz vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq baş vermiş bu vəhşicəsinə cinayətə görə Rusiya rəhbərliyinin üzr istəməsini və günahkarların cəzalandırılmasını tələb edirik”.
Demokrat.az
10Источники
-
news24.azAvropa yaxın gələcəkdə Rusiya ilə qarşılaşacaq ( 18758497)
-
nuh.azRusiyanın imperiya siyasəti açıq formaya keçir ( 18764143)
-
qht.azQHT sədri: “Günahkarlarların dərhal cəzalandırılmasını və rəsmən üzr istənilməsini tələb edirik” ( 18758605)
-
sherg.azAvropa yaxın gələcəkdə Rusiya ilə qarşılaşacaq ( 18757711)
-
azadmedia.azQHT sədri:”Şovinizm Rusiyada dövlət siyasətinin strukturlaşmış formasıdır” » AzadMedia.az ( 18755416)
-
yenisabah.az“OMON özbaşınalığı”, yoxsa siyasi sifariş? – Növbəti təxribatlar ola bilər ( 18755314)
-
moderator.azYekaterinburqda tökülən qan… – İLK deyil, SON olacaqmı?! ( 18755059)
-
axar.azAvropa yaxın gələcəkdə Rusiya ilə qarşılaşacaq ( 18754840)
-
axar.azAvropa yaxın gələcəkdə Rusiya ilə qarşılaşacaq ( 18754822)
-
sabahinfo.azMM üzvü: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir ( 18753781)