RU

İdmançımız Türkiyədə qızıl qazandı

ain.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.

News24.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə yarışa start verilib.

Azərbaycan millisinin üzvü Ali Tsokayev 86 kiloqramda uğurlu debüt edib. Belə ki, bütün rəqiblərinə qalib gələn idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da memorialda qazanılan medalların sayı 8-ə çatıb. Ötən gün yunan-Roma güləşində 2 gümüş, 1 bürünc, qadın güləşində isə 1 gümüş və 2 bürünc medal əldə edilib.

Ənənəvi turnirin son günündə millinin 5 üzvü xalçaya çıxacaq./axar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
24
news24.az

10Источники