RU

Serbiyada tələbə etirazları zamanı iğtişaşlar başladı Onlarla insan saxlanıldı

ain.az, Yeniavaz portalına istinadən məlumat yayır.

İyunun 28-də axşam Belqradda tələbələrin etiraz aksiyaları keçirilib.

Yeniavaz.com xəbər verir ki, daha sonra aksiya iğtişaşa çevrilib.

Polis rəisi Draqan Vasilyeviçin sözlərinə görə, altı polis əməkdaşı və iki vətəndaş yaralanıb. Onlarla insan saxlanılıb.

Belqradda iki etiraz aksiyası keçirilib. Onlardan birini növbədənkənar seçkilərin keçirilməsini tələb edən tələbələr təşkil edib. Onlar Belqradın mərkəzindəki Slaviya meydanına toplaşaraq rəqiblərinin – universitetlərin blokadasına etiraz edən tələbələrin düşərgə saldıqları Pioner parkına doğru yürüş etməyə cəhd ediblər.

Vasilyeviçin sözlərinə görə, nümayişçilər əmrə tabe olmadığı üçün polis müdaxilə etməli olub. O, iddia edir ki, etirazçılar yaralı polisə çağırılan təcili yardımın keçməsinə imkan verməyiblər.

N1-in məlumatına görə, polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Polis rəisi bildirib ki, etirazçılar dəyənəklərlə geri çəkilib, kimyəvi maddələrdən istifadə edilməyib. Belqradın mərkəzində Slaviya meydanında keçirilən etiraz aksiyası Serbiya prezidentinə növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə 2024-cü ilin noyabrından ölkə boyu universitetləri bloklayan tələbələr tərəfindən təşkil edilib. Yaxınlıqda, Pioner Parkında eyni vaxtda ikinci nümayiş keçirilib - bu nümayişdə universitetlərin blokadasına qarşı olan tələbələr iştirak edib. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Yeniavaz.com (@yeniavaz_com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
25
49
yeniavaz.com

10Источники