RU

İlham Rəhimov: Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm

ain.az, News24 portalına istinadən məlumat yayır.

Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti  Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimov  Rusiyanın Yekaterinburq şəhərində soydaşlarımıza qarşı baş verən  hadisəylə bağlı rəhbərlik etdiyi təşkilatın mövqeyini açıqlayıb.

News24.az xəbər verir ki, professor İlham  Rəhimov açıqlamasında bildirib ki,  rəhbərlik etdiyi təşkilat Yekaterinburq şəhərində  Rusiya vətəndaşları olan azərbaycanlılara qasrşı törədilmiş  hadisəni  qəti şəkildə pisləyir və  bunu həyata keçirmiş  hüquq mühafizə orqanların əməkdaşlarının  dairəsini müəyyən etməklə onların cinayət məsuliyyətinə cəlb edilməsini qəti şəkildə  tələb edir.

İlham Rəhimov bildirib ki,  hadisədən xəbər tutan kimi dünən  Yekaterinburq şəhərində Azərbaycan diasporunn rəhbəri Elçin Şıxlinski ilə br neçə dəfə əlaqə saxlayaraq həm  hadisə barədə ətraflı   məlumat almlş, həm də bundan sonra hansı addımların atılmsı barədə diaspor rəhbəri ilə məsləhətləşmələr aparıb.

Professor İlham Rəhimov  baş vermiş hadisənin obyektiv araşdılması üçün Rusiyanın hüquq mühafizə orqanlarının rəhbərlərində təmsil olunan şəxslərə müraciət edəcəyini bildirdi. O hadisənin obyektiv araşdırılması üçün bütün imkanlarından və nufuzundan istifadə edəcəyini  də qeyd edib.

Professor İlham Rəhimov eyni  zamanda baş vermiş hadisənin həssaslığını nəzərə alaraq məsələnin tam və hərtərəfli araşdırılmasını gözləməyi, azərbaycanlıların Rusiya cəmiyyətində mövqelərinin güüclənməsindən ciddi narahat olan qüvvələrin maraqlarına istəmədən belə  xidmət edən hərəkətlərdən yayınmağın vacib olduğunu ifadə etdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
5
16
news24.az

10Источники