RU

"Napoli" Nunyesin əvəzinə "Udineze"nin bombardirini istəyir

“Napoli” Darvin Nunyesi əsas transfer hədəfi hesab etmir.

Sportal.az xəbər verir ki, insayder Canluka Di Marzio bildirir ki, İtaliya çempionları “Liverpul”un hücumçusuna marağını saxlayır, lakin daha çox “Udineze”nin forvardı Lorenso Lukkanı transfer etməyə meyllidirlər. Onun Romelu Lukaku üçün ideal tərəfdaş olduğu düşünülür. Lukka ilə bağlı klub nümayəndələri arasında görüşlər bazar ertəsi və çərşənbə axşamı keçiriləcək.

Qeyd olunur ki, bu seçim büdcə ilə deyil, futbolçuların oyun xüsusiyyətləri ilə bağlıdır. “Napoli” digər mövqeləri gücləndirmək üçün böyük məbləğlər xərcləməyə hazırdır.

Lukka 2024/25 mövsümündə A Seriyasında “Udineze”nin heyətində 12 qol vurub və bu göstərici ilə komandanın ən yaxşı bombardiridir.

saytlarin hazirlanmasi

Избранный
14
1
sportal.az

2Источники