RU

"Kəpəz" daha 3 futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

“Kəpəz” daha üç legioneri ilə yollarını rəsmi olaraq ayırdığını açıqlayıb.

Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinin verdiyi məlumata görə, Gəncə təmsilçisi portuqaliyalı futbolçular Diogo Verdaşka və Rojeriou Santos, həmçinin anqolalı Valdemar Almeyda ilə vidalaşıb. Həmin oyunçuların klubla müqavilələri başa çatıb.

"Pana" ləqəbli Almeyda çempionatda "Kəpəz" forması ilə keçirdiyi 29 oyunda 1 dəfə fərqlənib. Müdafiəçi Verdaşka 27, Santos isə 31 matçda komandanın şərəfini qoruyub.

Xatırladaq ki, bundan əvvəl “Kəpəz” Karım Lkuşa, Yeqor Xvalko, Trent Buxagyar və Rati Ardaşişvili ilə də yollarını ayırmışdı.

saytlarin hazirlanmasi

Избранный
22
1
sportal.az

2Источники