RU

İdmançımız Türkiyədə qızıl qazandı

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.

Axar.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə yarışa start verilib.

Azərbaycan millisinin üzvü Ali Tsokayev 86 kiloqramda uğurlu debüt edib. Belə ki, bütün rəqiblərinə qalib gələn idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da memorialda qazanılan medalların sayı 8-ə çatıb. Ötən gün yunan-Roma güləşində 2 gümüş, 1 bürünc, qadın güləşində isə 1 gümüş və 2 bürünc medal əldə edilib.

Ənənəvi turnirin son günündə millinin 5 üzvü xalçaya çıxacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
34
42
axar.az

10Источники