RU

Ronaldo: İstirahət etməyi üstün tuturam

Sportal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Kriştiano Ronaldo “Əl-Nəsr”lə müqaviləsini uzatmasının səbəblərini izah edib.

Sportal.az xəbər verir ki, 40 yaşlı portuqaliyalı ulduz futbolçu açıqlamasında bunları qeyd edib:

"Əlbəttə, mənim məqsədim həmişə “Əl-Nəsr”lə hansısa vacib titulu qazanmaqdır və bu məqsədə hələ də inanıram. Müqaviləni daha iki il uzatdım, çünki Səudiyyə Ərəbistanı çempionu olacağıma inanıram.

Klublararası dünya çempionatında oynamaq üçün təkliflər almışdım, amma bunun bir mənası olmadığını düşündüm. Çünki yaxşı dincəlmək və yaxşı hazırlaşmaq istəyirəm. Mövsüm çox uzun olacaq. Qarşıda dünya çempionatı var. Mən təkcə “Əl-Nəsr”in yox, milli komandanın oyunlarına da yaxşı hazırlaşmaq istəyirəm. Buna görə də qərar verdim ki, mövsümdəki son oyunum Millətlər Liqasındakı qarşılaşma olsun".

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
1
sportal.az

2Источники