RU

Paşinyan Qareginin də həbs olunacağı mesajını verdi - əvvəlcə yaxın ətrafı, sonra özü...


Ermənistanda dövlət çevrilişi cəhdi ilə bağlı həbslər davam edir. Dünən Eçmiədzindəki qarşıdurmalardan sonra saxlanan Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının arxiyepiskopu Mikayel Ajapaxyan iki ay müddətində azadlıqdan məhrum edilib və cəzaçəkmə müəssisəsinə köçürülüb.

Erməni politoloqların fikrincə, hökumətlə kilsə arasında yaranmış gərginlik bununla başa çatmayacaq, Ajapaxyanın həbsi din xadimləri arasında sonuncu olmayacaq və yaxın gələcəkdə geniş miqyasda davam edəcək. Bildirilir ki, baş nazir Nikol Paşinyan dayanmayacaq, kilsəyə qarşı başladığı kampaniyanı sona qədər aparacaq.

Məlumata görə, onun məqsədi nəyin bahasına olur-olsun II Qaregini Ali Patriarxlıqdan uzaqlaşdırmaqdır. Paşinyan öz komandasına II Qareginin vəzifədən uzaqlaşdırılması planının artıq yekunlaşmaq üzrə olduğunu bildirib.

Baş nazirin, ermənilərin bütün katolikosu könüllü vəzifəsini tərk etməsə onun da, həbs olunacağını dediyi bildirilir. Qeyd edilir ki, əvvəlcə katolikosun yaxın ətrafındakı din adamlarını həbs edəcəklər. Paşinyanın ssenarisinə görə, bundan sonra II Qaregin könüllü olaraq gedəcək, əks halda, o da həbs ediləcək.

ZÜMRÜD

Избранный
27
baki-xeber.com

1Источники