RU

"Klublararası dünya çempionatı futbola yeridilən ən pis fikirdir"

style='margin-bottom:10px;'>

"Red Bull" şirkətinin futbol bölməsinin rəhbəri Yurgen Klopp klublararası dünya çempionatından danışıb. 

QOL.az xəbər verir ki, o, "Die Welt" nəşrinə açıqlamasında deyib: 

"Klublararası dünya çempionatı futbola yeridilən ən pis fikirdir. Futbolla gündəlik heç bir əlaqəsi olmayan insanlar qərarlar qəbul edirlər. Qorxuram ki, növbəti mövsüm futbolçular daha əvvəl heç vaxt yaşamadıqları zədələrlə üzləşəcəklər. Əgər bu baş verməzsə, o zaman dünya çempionatında və ya ondan sonra mütləq olacaq."

Qeyd edək ki, Yurgen Klopp "Liverpul" və Dortmund "Borussiya"sının sabiq baş məşqçisidir. 

Избранный
5
2
teleqraf.com

3Источники