RU

Çinə viza rejimi ləğv ediləndən sonra aviabiletlər BAHALAŞIB?

Çinə aviabilet qiymətlərinin iki dəfə artdığı iddia edilir.

Xezerxeber.az-ın xəbərinə görə, AZAL-ın Daxili və Xarici Kommunikasiyalar Şöbəsinin rəhbəri Fərid Hüseynov bildirir ki, hazırda Bakı-Pekin istiqamətində həftədə 3 dəfə müntəzəm uçuş həyata keçirilir. Həmçinin bu istiqamətdə marşrutların artırılması və qiymətlərin tənzimlənməsi üçün bazar araşdırmaları aparılır.

Turizm eksperti Rəhman Quliyev isə hesab edir ki, qiymət artımı məsələsində planlı hərəkət edən sərnişinlər daha az ziyan görür. Əsas şərt isə səfəri əvvəlcədən planlamaq və bilet almağı son günə saxlamamaqdır. Ekspertin sözlərinə görə, əgər səfər edənlər planlarını əvvəlcədən qura bilsə, AZAL-dan kifayət qədər aşağı qiymətə bilet əldə edə bilərlər.

Bəziləri isə alternativ yollar axtarır - məsələn, Dubay üzərindən tranzit uçuşlar. Lakin ekspert bu marşrutun da düşündüyümüz qədər sərfəli olmadığını bildirir.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Избранный
25
xezerxeber.az

1Источники