RU

Rusiya XİN-dən Yekaterinburqda azərbaycanlılara qarşı zorakılığa MÜNASİBƏT

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun nümayəndələrinin saxlanılması cinayət işləri çərçivəsində həyata keçirilib.

Paralel.az ” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova məlumat verib.

“Əvvəlki illərdə törədilmiş ağır cinayətlər faktı üzrə cinayət işlərinin istintaqı çərçivəsində Rusiya hüquq-mühafizə orqanları əslən azərbaycanlı Rusiya vətəndaşı olan şübhəli şəxsləri saxlayıb və yaşayış yerlərində axtarışlar aparıb”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, iyunun 28-də Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılan Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Pyotr Volkovıx Azərbaycan tərəfinə lazımi izahatlar verib, vəziyyətin hüquq-mühafizə orqanlarının nəzarətində olduğunu əmin edib.

Избранный
29
18
paralel.az

10Источники