RU

Şabranda ölümlə nəticələnən avtoqəza olub

Şabranda ölümlə nəticələnən avtomobil qəzası olub.

“Report”un Şimal bürosunun məlumatına görə, Bakı-Quba avtomobil yolunun Şabran rayonu Günəşli kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, "VAZ-Niva" markalı minik avtomobili və iki yük maşını toqquşub.

Qəza nəticəsində 1nəfər ölüb, digər sərnişinlər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Избранный
34
2
report.az

10Источники