Görkəmli Amerika rejissoru, prodüseri və ssenaristi, "Oskar" mükafatlı Stiven Spilberq təqaüdə çıxmayacağını açıqlayıb.
Kulis.az xəbər verir ki, “Yura dövrü parkı”, “Şindlerin siyahısı”, “İndiana Cons və tale məbədi”, “Müharibə atı” kimifilmlərlə tanınan 78 yaşlı usta rejissor “Universal Pictures”in təşkil etdiyi tədbirdə yeni layihələri barədə də danışıb:"Mən hələ də bir çox filmlər çəkirəm və təqaüdə çıxmaq kimi bir planım yoxdur. Heç vaxt."
Spilberq daha əvvəl verdiyi bir müsahibədə "Ümid edirəm ki, bir gün vestern (qərb) janrında film çəkəcəyəm."- demişdi.
Spilberqin növbəti layihəsi ilə bağlı maraqlı gözləntilər davam edir. Son olaraq “The Fabelmans” filmi ilə gündəmdə olan məşhur rejissor, indi isə yeni bir UFO (naməlum uçan obyekt) filmi çəkməyə hazırlaşır.
Qeyd edək ki, filmin yeni premyera tarixini 12 iyun 2026 olaraq elan edilib.