RU

Rusiyanın daha bir şəhərində miqrantlara qarşı reyd keçirilir-VİDEO

Rusiyanın Vyazma şəhərində miqrantlara qarşı böyük reyd keçirilib.

AzPost bildirir ki, mlumatlara görə, bütün şəhərdə Rusiya Milli Qvardiyası slavyan siması olmayan şəxslri saxlayırlar. Reyd bazarlarda, ticarət mərkəzlərində və şəhərin yollarında keçirilir.

Videoda saxlanılanlardan biri deyir ki, onun Rusiya pasportu var, amma təhlükəsizlik qüvvələri onu yenə də maşına sürükləyiblər.

Həbslə əlaqədar Vyazemski rayonunun rəhbəri Oleq Smolyakov sakinlərə müraciət edərək sosial şəbəkələrdə nifrət və nifaq salmağa yönəlmiş təxribatlardan çəkinməyə çağırıb.

Qeyd edək ki, bundan əvvəl Yekatrinburqda bu reyd nəticəsində 50-dən artıq azərbaycanlı saxlanılıb. OMON 2 nəfəri qətlə yetirib, daha 2 nəfər xəstəxanada dünyasını dəyişib.

 

Избранный
8
1
azpost.info

2Источники