RU

Ronaldonun baş məşqçisi o olacaq?

Stefano Pioli ilə yollarını ayıran "Əl-Nəsr" baş məşqçi postu üçün axtarışları davam etdirir.

Bizim.Media xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisinin əsas hədəfi Jorje Jezusu komandanın "sükanı arxasına" gətirməkdir.
 

Bu barədə "Arriyadiyah" məlumat yayıb.


Klub rəhbərliyi artıq portuqaliyalı mütəxəssislə danışıqlara başlayıb. "Əl-Nəsr" 70 yaşlı məşqçiyə illik 7 milyon avro maaş təklif edib.

Qeyd edək ki, Jorje Jezusun son iş yeri Səudiyyə Ərəbistanının digər klubu "Əl-Hilal" olub.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandası 39 yaşlı dünya ulduzu Kriştiano Ronaldo ilə 2 illik rekord müqavilə imzalayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
2
8
bizim.media

10Источники