RU

Premyer Liqa klubundan 35 milyon avroluq transfer

İngiltərənin "Sanderlend" klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqaya yüksələn kollektiv "Strasburq"dan Habib Diarranın keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Sanderlend" seneqallı yarımmüdafiəçi üçün Fransa klubuna 35 milyon avro təzminat ödəyəcək. 21 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra onunla 5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Habib Diarra "Strasburq"un yetirməsidir. Seneqal millisinin üzvü ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Избранный
15
sportal.az

1Источники