RU

Səfərovlar ailəsində daha iki qardaş ÖLDÜ 

Omonçuların keçirdiyi əməliyyat nəticəsində Səfərovlar ailəsinin daha iki üzvü - Səfərov Ayaz Möhbalı oğlu və onun qardaşı Səfərov Məzahir Möhbalı oğlu xəstəxanada həyatlarını itiriblər.

Bu barədə Modern.az-a Səfərovlar ailəsindən məlumat verilib. 

Bununla da ötən gün baş verən basqın nəticəsində Səfərovlar ailəsində öldürülənlərin sayı 5-ə çatıb. 

Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FSB) azərbaycanlı Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində iki nəfər qətlə yetirilib, 9 nəfər saxlanılıb. Əməliyyat zamanı qətlə yetirilən iki qardaşdan biri- Hüseyn Səfərov Azərbaycan, Ziyəddin Səfərov isə Rusiya vətəndaşıdır.

Избранный
18
15
modern.az

10Источники