Stefano Pioli ilə yollarını ayıran “Əl-Nəsr” baş məşqçi postu üçün axtarışları davam etdirir.
Viral.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisinin əsas hədəfi Jorje Jezusu komandanın “sükanı arxasına” gətirməkdir. Bu barədə “Arriyadiyah” məlumat yayıb.
Klub rəhbərliyi artıq portuqaliyalı mütəxəssislə danışıqlara başlayıb. “Əl-Nəsr” 70 yaşlı məşqçiyə illik 7 milyon avro maaş təklif edib.
Son Yazılar:
- Ronaldo üçün 70 yaşlı baş məşqçi
- Rusiyada öldürülən qardaşların əmisi oğlu da qətlə YETİRİLDİ
- AZAL Bakı–Təl-Əviv–Bakı reyslərini bərpa ETDİ
Qeyd edək ki, Jorje Jezusun son iş yeri Səudiyyə Ərəbistanının digər klubu “Əl-Hilal” olub.