BAKI, 28 iyun. TELEQRAF
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
İyunun 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 3 tapança, 8 qumbara, 5 alışdırıcı, 10 tüfəng, 17 patron darağı və 654 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.