İyunun 27-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Avtosfer.az xəbər verir ki, bu məlumatı DİN mətbuat xidməti verib.
Polis əməkdaşlarının iyunun 27-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib.