RU

"Azeri Light" neftinin qiyməti ucuzlaşdı


Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,5 dollar və ya 0,68% azalaraq 72,85 dollara düşüb.
Yeniavaz.com
xəbər verir ki, “Brent” markalı neftin avqust ayı üçün fyuçersləri 69,17 dollar səviyyəsində müəyyənləşib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında satılan "Azeri Light" neftinin bareli isə 0,48 dollar və ya 0,67 % ucuzlaşaraq 71,53 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin bir barelinin orta satış qiyməti 70 dollar səviyyəsində götürülüb.
Избранный
14
yeniavaz.com

1Источники