RU

Azərbaycanda özündən böyük kişilərlə evlənən qızların sayı çoxalır - Video

Son üç ildə altı nəfər 18-29 yaşda qadın 60 və yuxarı yaşda bəylə rəsmi nikaha daxil olub.

“Qafqazinfo” Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə Dövlət Statsitika Komitəsi məlumat yayıb.

Sosioloqlar bildirirlər ki, son zamanlarda xanımların özlərindən yaşca çox böyük olan bəylərlə münasibət qurmaq istəyi artır.

Sosiloq Üzeyir Şəfiyevin sözlərinə görə, qızları buna vadar edən bir çox hallarda psixoloji problemlər olur: “Ailəsində hər hansı çətinlik yaşayan xanım hesab edir ki, özündən çox böyük biri ilə evlənsə, xoşbəxt olacaq.

Əslində isə hər kəsin öz yaş kateqoriyasına uyğun biri ilə ailə həyatı qurması daha məqsədəuyğundur. Kişilər də həyat yoldaşı seçimi zamanı yaş fərqinə diqqət etməlidirlər. Əks halda, bu münasibət xoşagəlməz sonluqla bitə bilər”.

Daha ətraflı süjetdə: 

 

Избранный
10
22
qafqazinfo.az

10Источники