RU

"Baksol yolu"nda 1 nəfər kanalizasiya kollektoruna düşüb, axtarış aparılır - VİDEO

26 iyun axşam saatlarında paytaxtın Binəqədi rayonu, Baksol yolu adlanan ərazisində kanalizasiya quyusuna düşən 27 yaşlı Cümşüd Cümşüdovun axtarışları davam etdirilir.

Musavat.com xəbər verir ki, sözügedən ərazidə FHN qüvvələri gecə saatlarında da fəaliyyət göstərirlər. 

***

Paytaxtın Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Bu haqda APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda xüsusi vasitələrlə təchiz edilmiş xilasedicilər tərəfindən axtarışlar davam etdirilir.

Əlavə məlumat veriləcək.

Избранный
8
19
musavat.com

10Источники