RU

Soçidə iki sərnişin təyyarəsi toqquşdu – FOTO

Rusiyanın Soçi hava limanında “Utair” və “NordStar” aviaşirkətlərinə məxsus iki sərnişin təyyarəsi toqquşub.

KONKRET.az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Məlumata görə, “Boeing 737-800” təyyarəsi Tümenə yola düşmək üçün uçuş-enmə zolağına yollanıb. Bu zaman “Boeing 737-800” təyyarəsi Norilskdən gələn təyyarə ilə uçuş-enmə zolağında toqquşub.Toqquşma nəticəsində təyyarələrdən birinin qanadı zədələnib. Xəsarət alan olmayıb. Hər iki təyyarə müvəqqəti olaraq uçuşlardan uzaqlaşdırılıb.

Избранный
66
50
konkret.az

10Источники