Türkiyə yığmasının baş məşqçisi Vinçentso Montella ilə bağlı xəbər var.
Türkiyə Futbol Federasiyası italiyalı mütəxəssislə ikiillik yeni anlaşma əldə edib. Beləliklə, 2023-cü ildən ''ay-ulduzlular''ın başında yer alan və müqavilə müddəti 2026-cı ilə qədər olan təcrübəli məşqçi 2028-ə qədər qardaş ölkənin əsas komandasını çalışdıracaq.
Federasiyadan verilən rəsmi açıqlamada bazar günü iyunun 30-da Montella üçün imza mərasimi keçiriləcəyi qeyd olunub. Tədbir ''Hasan Doğan'' bazasında keçiriləcək və yerli vaxtla 13.00-da başlayacaq.
Qeyd edək ki, Türkiyə indiyə qədər 51 yaşlı bu mütəxəssisin başçılığı altında keçirdiyi 23 oyundan 12 qələbə, 4 heç-heçə, 7 məğlubiyyətlə ayrılıb. Türkiyə bu məşqçi ilə AÇ-2024-də 1/4 finala qədər irəliləyibsə, Millətlər Liqasında da A liqasına vəsiqə qazanıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта