RU

Omon Rusiyada azərbaycanlı tanınmış jurnalistin iki qardaşını öldürdü

 Bu gün Rusiyanın Yekaterinburq şəhərində OMON dəstəsi Bakir və Hüseyn Səfərovların evinə basqın edib.

Referans xəbər verir ki, bu barədə APA-ya Səfərovların qardaşı Seyfəddin Hüseynli məlumat verib.

“İki qardaşımı da işgəncə ilə öldürüblər” deyə Seyfəddin Hüseynli bildirib.

Onun sözlərinə görə, 25 il bundan əvvəl olan naməlum cinayət hadisəsinə görə kütləvi həbslər başlayıb.

“İki qardaşım öldürülüb, heç nə demədən evlərə basqın ediblər. Ailəni, evdə yaşayan insanları kütləvi həbs ediblər. Qardaşlarımı da işgəncə ilə öldürüblər”.

Qeyd edək ki, Seyfəddin Hüseynli tanınmış jurnalist, ədəbiyyatşünas və tərcüməçi, “525-ci qəzet”in ədəbiyyat, mədəniyyət və təhsil sahələri üzrə baş redaktor müavinidir.  

Избранный
11
14
referans.az

10Источники