RU

Rihanna atasını buna görə itiribmiş

Məşhur müğənni Rihannanın atası Ronald Fentinin hansı səbəbdən vəfat etdiyi bəlli olub.

Bizim.Media xəbər verir ki, 71 yaşlı Ronaldın xərçəng, sətəlcəm və bəzi səhhətində yaranan problemlər səbəbindən öldüyü açıqlanıb.

Bu barədə "TMZ" məlumat yayıb. Onun uzun müddət mədəaltı vəzi xərçəngi və ağ ciyər infeksiyası ilə mübarizə apardığı ortaya çıxıb.

Rihanna ilə atasının münasibətləri son bir neçə ildə düzəlməyə başlamışdı. Lakin Ronald Fenti bu il mayın 31-i səhər saatlarında Los-Ancelesdə vəfat edib.

Onun xəstəlik nəticəsində dünyasını dəyişdiyi isə iddia idi və öz təsdiqini tapmamışdı. (BAKU.WS )

Bizim.Media

Избранный
23
2
bizim.media

3Источники