RU

Kanalizasiyaya düşən gəncin axtarışı davam edir - Video

Küçədə mobil telefonla danışaraq addımlayırmış. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lyuka düşür.

Yenisabah.az Xəzər TV-yə istinadla xəbər verir ki, görüntülər "Baksol2 adlanan ərazidə qeydə alınıb.

Kanalizasiya quyusu illərdir bu küçədədir. Gün ərzində sözügedən ərazidən tikinti martealları daşınır. Ehtimal olunur ki, 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib.

İtkin düşən gəncin yaxınları da hadisə yerində axtarışın nəticəsini gözləyir.

FHN axtarış işlərini davam etdirir.


Telegram kanalımız
Избранный
14
yenisabah.az

1Источники