"Atletiko" klubu "Vilyarreal"dan Aleks Baenanı transfer etməyə yaxındır.

Offsideplus.az xəbəri verir ki, Madrid təmsilçisi bu keçid üçün 45+5 milyon avro ödəyəcək.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Vilyarreal" yetirməsi olan Baena 2020-ci ildən əsas komandada çıxış edir. 23 yaşlı futbolçu burada 146 oyuna çıxıb və 23 qol vurmağı bacarıb.