RU

28 il əvvəl satdığı maşının cərimələri adına gəlir...VİDEO

28 il əvvəl satdığı avtomobilin cərimələri hələ də gəlir.

Belə bir vəziyyətlə paytaxt sakini Etibar Zamanov üzləşib. "Xəzər Xəbər"ə danışan şikayətçi deyir ki, 1997-ci ildə etibarnamə ilə satdığı avtomobilin bir neçə dəfə cəriməsini də ödəyib.

Vətəndaşın şikayəti əsasında yol polisi sözügedən avtomobilin axtarışına başlayıb. Bu ərəfədə 5 il Etibar Zamanovun adına cərimə gəlməyib, ancaq ötən ilin sonunda yenidən cərimələr gəlməyə başlayıb. Cərimələr yığıldıqca isə Etibar Zamanov məhkəməlik olub

Vətəndaş sonradan öyrənib ki, avtomobili idarə edən şəxs Tovuz rayon sakini Şaiq Cəfərovdur. Həmin şəxslə əlaqə yaratmağa çalışıb, amma mümkün olmayıb. İndi vətəndaş həm bundan əvvəl ödədiyi 750 manatlıq cərimə pulunu, həm də avtomobilini geri istəyir. əlavə olaraq haqsız yerə sürcülük hüququnun məhdulaşdırılması ilə bağlı verilən qərarın da ləğvini tələb edir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin də mövqeyini öyrəndik.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
4
xezerxeber.az

1Источники