RU

"Baksol yolu"nda 1 nəfər kanalizasiya kollektoruna düşüb, axtarış aparılır - HADİSƏ ANI

Paytaxtın Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

 

Bu haqda Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Hazırda xüsusi vasitələrlə təchiz edilmiş xilasedicilər tərəfindən axtarışlar davam etdirilir.

 

Tarix: 27 İyun 2025, 21:18   
Избранный
30
19
pravda.az

10Источники