Transfer çalışmalarını davam etdirən “Fənərbaxça”ya Paris Saint-Germain futbolçusu Marko Asensio təklif olunub.
Tribunainfo.az xəbər verir ki, ötən mövsümün ikinci yarısını icarə əsasında “Aston Villa”da keçirən 29 yaşlı ispaniyalı ulduzun PSJ-də transfer haqqı var.
Sensio ötən mövsüm PSJ-də 16 oyuna 2 qol vurub, 4 məhsuldar ötürmə edib, icarə əsasında çıxış etdiyi Aston Villada isə 21 oyuna 8 qol vurub.
Fənərbaxçanın bu təklifə cavabı maraqla gözlənilir.
Dəniz Pənahova