RU

Lyakazett Səudiyyə Ərəbistanı klubu ilə müqavilə bağlayacaq

BAKI, 27 iyun. TELEQRAF

Fransanın “Lion” klubundan ayrılan Aleksandr Lyakazett karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Teleqraf "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı hücumçu “Neom” komandası ilə müqavilə bağlamaq ərəfəsindədir.

Lyakazett "Lion"la müqaviləsi başa çatdığı üçün azad agent statusundadır. O, Səudiyyə Ərəbistanının Pro Liqa təmsilçisi ilə iki illik müqaviləni razılaşdırıb. Fransa millisinin sabiq üzvü artıq yeni komandası üçün tibbi müayinədən keçib.

Qeyd edək ki, Aleksandr Lyakazzet 201 qolla "Lion" tarixinin ikinci ən yaxşı bombardiridir.

Избранный
28
teleqraf.com

1Источники