RU

Fermerlərə ziyan vuran böcəyə qarşı bioloji mübarizə: Bu yolla çoxalmalarının qarşısı alınır

Türkiyənin Qaradəniz bölgəsində fındıq və digər məhsullara ciddi zərər vuran zərərverici böcəklərə qarşı ilk dəfə laboratoriyada bioloji mübarizə üsulu tətbiq olunub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kimyəvi dərmanların ətraf mühitə təsiri və məhdud effekti səbəbilə Trabzon Meşə Region Müdirliyi alternativ yola əl atıb.

Bildirilib ki, laboratoriyada minlərlə “samuray arısı” istehsal olunub. Asiya mənşəli bu arılar məhsuldarlığı azaldan zərərverici böcəklərlə qidalanaraq onun çoxalmasının qarşısını alır.

Bölgələrdəki fındıq bağlarına buraxılan samuray arıları, zərərvericinin yumurtalarını hədəf alaraq ekoloji mübarizə üsulu kimi rol oynayır.

Избранный
10
publika.az

1Источники