RU

"Araz-Naxçıvan"ın rəqibi "AZ Alkmar"la qarşılaşacaq

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Aris"in yay hazırlıq planı müəyyənləşib.

Sportal.az xəbər verir ki, Saloniki təmsilçisi yay təlim-məşq toplanışı çərçivəsində 3 yoxlama oyunu keçirəcək.

"Aris" 3 iyul tarixində Şotlandiyanın "Livinqston", bundan 2 gün sonra  Belçikanın “Anderlext” və 9 iyul tarixində Niderland təmsilçisi "AZ Alkmar"la üz-üzə gələcək.

Qeyd edək ki, "Araz-Naxçıvan" "Aris"lə ilk oyunu iyulun 24-də Bakıda keçirəcək. Komandalar arasındakı cavab görüşü isə 1 həftə sonra Yunanıstanda baş tutacaq.

saytlarin hazirlanmasi

Избранный
13
sportal.az

1Источники