Belarus Prezidenti Aleksandr Lukaşenko İranın nüvə obyektlərinə endirilən zərbələr barədə danışıb.
Axar.az xəbər verir ki, Belarus prezidenti bu barədə Avrasiya İqtisadi İttifaqının geniş tərkibdə iclasında deyib.
“İranın MAQATE-nin nəzarəti altında olan nüvə obyektlərinə son zərbələr beynəlxalq hüququn, o cümlədən Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin və 1949-cu il Cenevrə Konvensiyalarının ən təhlükəli şəkildə pozulmasıdır”, - Lukaşenko bildirib.