RU

İrandan təxliyə davam edir: ölkəmizə gələnlər... Foto

ain.az bildirir, Axar.az portalına istinadən.

ABŞ, Çin, Avstraliya və İran əsilli bir neçə ailə İrandan Azərbaycan vasitəsilə təxliyə edilib.

Axar.az Report-a istinadən xəbər verir ki, səhər saatlarından başlayaraq "Astara" Dövlət Sərhədindən Buraxılış Məntəqəsindən vətəndaşların keçidi təmin olunub.

Buraxılış məntəqəsindən kənarda xüsusi ofislər yaradılıb. Burada ayrı-ayrı ölkələrin diplomatik nümayəndəliyin təmsilçiləri vətəndaşlarını qəbul edir. Təxliyə olunan hər bir şəxs Azərbaycan tərəfində gördükləri xoş münasibət və rahat, təhlükəsiz keçidə görə minnətdarlıq ediblər.

Uzun yol qət etdikdən və bir neçə saat İran tərəfinin gömrük postunda gözləməli olan xarici vətəndaşlara zərurət yarandığı halda tibbi yardım xidməti göstərilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
50
axar.az

10Источники