RU

Ülvi İsgəndərov: “Aris haqda geniş məlumata sahib deyilik

ain.az bildirir, Idman.biz portalına istinadən.

"Komanda olaraq məşqlərimizi davam etdiririk. Hər şey qaydasındadır. Düzü, təkliflərim var idi. Amma mən "Araz-Naxçıvan"da qalmaq istədiim üçün qərarımı bu cür veridm. Yaxşı, mehriban kollektivimiz var".

İdman.biz xəbər verir ki, bu sözləri Sportal.az saytına açıqlamasında "Araz-Naxçıvan"ın futbolçusu Ülvi İsgəndərov deyib.

Naxçıvan təmsilçisinin futbolçusu komandasının Konfrans Liqasının təsnifat mərhələsində qarşılaşacaqları "Aris" haqda da danışıb. Onun sözlərinə görə, Yunanıstan təmsilçisi yetərincə yaxşı komandadır: "İlk dəfə avrokuboklarda oynayacağıq. Yaxşı heyətə malik komandayıq. "Aris" haqda hələ ki geniş məlumata sahib deyilik. Qarşıdakı günlərdə məşqçilər korpusu bizə ətraflı məlumat verəcək. Yaxşı hazırlıq keçməliyik. Vaxtımız da var. "Aris"lə oyuna qədər tam hazır olacağıq. Əlimizdən gələni edəcəyik".

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
2
icma.az

3Источники